Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ukraynada bülletenlərin 95 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir
Ukraynada bülletenlərin 95 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir |
Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkisində səslərin 95,73%-ni hesablayıb.
"Report" xəbər verir ki, hesablamanın yekununa əsasən, namizəd Vladimir Zelenski 73,15% (12973916 səs) ilə liderlik edir. Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb. Eyni zamanda, MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın "1+1" telekanalına nəticələrin aprelin 30-da açıqlanacağını bildirib. Radçenko qeyd edib ki, elektron protokollar əsasında seçkilərin ilkin nəticələri iki-üç günə bəlli olacaq. Qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır. Geri dön |