Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Ermənistandakı aviabazasını "Su-30SM" qırıcıları ilə təchiz edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Rusiya Ermənistandakı aviabazasını "Su-30SM" qırıcıları ilə təchiz edəcək

Rusiya Ermənistandakı aviabazasını "Su-30SM" qırıcıları ilə təchiz edəcək


Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan "MiQ-29" təyyarələrini "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.
"MiQ-29"
"Report" xəbər verir ki, bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.

Məlumata görə, aviabazanın "Su-30SM" qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.

Bildirilir ki, aviabazada olan "MiQ-29"ların hamısının "Su-30SM" qırıcıları ilə əvəzlənməsi planlaşdırılır.

Geri dön