Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Texasda ikimotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Texasda ikimotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub

Texasda ikimotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub


Aprelin 22-də Texas ştatının Kerrvill şəhərində “Beechcraft BE58” markalı ikimotorlu kiçik təyyarə qəzaya uğrayıb.

Hyustondan uçan təyyarə təyinat məntəqəsinə 10 kilometr qalmış dərəyə düşüb. ABŞ Mülki Aviasiya Federal İdarəsinin nümayəndələri bildiriblər ki, göyərtədə olan 6 nəfər, o cümlədən pilot hadisə yerində keçiniblər.

Təyyarənin qəzaya uğrama səbəbləri hələ məlum deyil. Lakin müstəntiqlər təyyarənin qəzadan əvvəl naməlum səbəblərdən kursdan yayındığını aydınlaşdırmağa müvəffəq olublar. Təyyarənin sahibi 65 yaşlı sərmayəçi bankir - 40 illik pilotluq təcrübəsinə malik Cerii Ueys olub. Ölən 6 nəfərdən birinin ailə üzvü Hill Kantri bildirib ki, uçuşun məqsədi daşınmaz əmlak obyektini nəzərdən keçirmək idi. Təyyarənin göyərtəsində daşınmaz əmlak üzrə agentlər, sərmayədarlar və arxitektor olub.

Geri dön