Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan şəhərlərinə güclü qar yağıb: Vərziğanda qarın hündürlüyü 6 metrə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan şəhərlərinə güclü qar yağıb: Vərziğanda qarın hündürlüyü 6 metrə çatıb

Güney Azərbaycan şəhərlərinə güclü qar yağıb: Vərziğanda qarın hündürlüyü 6 metrə çatıb


Üç gündür ki, Güney Azərbaycanın bir çox şəhər və kəndində, o cümlədən Ərdəbil Əyaləti, Şərqi və Qərbi Azərbaycan, eləcə də Zəncan Əyalətində yağıntılı hava şəraiti hökm sürür, bir çox məntəqələrdə intensiv qar yağıb.

Ən çox qar Şərqi Azərbaycanın Vərziğan məntəqəsində müşahidə olunub. Məlumata görə, bölgənin yüksək dağlıq ərazilərində qarın hündürlüyü 6 metrə çatıb, bunun nəticəsində Vərziğanın bir çox yolu bağlanıb. Yol İdarəsi bəzi yollarda nəqliyyatın hərəkətini qismən də olsa bərpa edib. Lakin “Ocaq kəndi”, Xoinrud, Balucə, “Məlik talış”, Təvil və daha bir neçə kəndin yolunda problemlər davam edir, bəzi kəndlərin yolu ümumiyyətlə bağlıdır.

Son 3 gün ərzində davam edən soyuq və qarlı hava şəraiti Şərqi və Qərbi Azərbaycan, həmçinin Ərdəbil əyalətinin bir çox şəhər və kəndində məktəblərin bağlanmasına səbəb olub.

Soyuq hava şəraitinin bölgədə, xüsusi ilə də Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində bağ-bostan məhsullarına ciddi ziyan vurduğu bildirilir.

N.S

Geri dön