Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident təqaüdünü kimlər alacaq?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Prezident təqaüdünü kimlər alacaq?

Prezident təqaüdünü kimlər alacaq?


Azərbaycanda bu il Prezident təqaüdünü hər qrup üzrə maksimal bal toplayan 25 nəfər alacaq. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.



Onun sözlərinə görə, qruplarda ballar fərqli olduğundan, ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın.

Abbaszadə qeyd edib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında və yaxud "Abituriyent" jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.

Abbaszadə abituriyentlərin builki nəticələrinin keçən illə müqayisədə aşağı olduğunu qeyd edib.

Onun sözlərinə görə, artıq bu il orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri bunu gözləməyə əsas verirdi. "I qrupda keçən il 220 bal toplayan abituriyentlərin sayı bu il 200 bal toplayanların sayından çox idi. Bu da həmin qrup üzrə imtahan verənlərin bilik səviyyəsinin daha aşağı olmasından xəbər verir", - TQDK sədri deyib.

Geri dön