Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”-“Zob ahən” görüşünün son nəticəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”-“Zob ahən” görüşünün son nəticəsi

“Traxtur”-“Zob ahən” görüşünün son nəticəsi


İsfahanda bu şəhərin “Zob ahən” və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüş qonaq komandanın xeyirinə yekunlaşıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 27-ci həftəsində keçirilən görüş aprelin 26-ı Təbriz vaxtı ilə saat 19:00-da Fuladşəhr stadionunda baş tutub, oyun 2:0 hesabı ilə “Zob ahən”ın xeyirinə başa çatıb.

“Zob ahən”ə qələbə qazandıran qollar 16-cı dəqiqədə (penalti) Vəhid Məhəmmədzadə və 94-cü dəqiqədə Mehran Derəxşan Mehr tərəfindən vurulub.

Bu arada “Perspolis”i super liqanın çempionu etməklə bağlı cəhdlər davam edir. Ötən iki oyunda qurulmuş ssenari əsasında uduzdurulan “Traxtur”la hesab fərqini artıran “Perspolis”in qalib gəlməsi üçün müxtəlif işlər görülür. Cümə günü “Perspolis”lə “Sepahan” arasında keçirilən görüşdə rəqib komandaların tərəfdarları arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı 295 nəfər yaralanıb. Xəsarət alanlardan 45 nəfəri xəstəxanalıq olub. Qarşıdurmadan əvvəl narkotik qəbul edən 30 yaşlı bir gənc isə yaralandıqdan sonra stadiondan çıxarılıb, lakin tibbi yardım qrupunun səylərinə rəğmən “over dose” səbəbindən həyatını itirib.

“Sepahan”ın kapitanı Mehdi Kiyani stadionda baş verən hadisə ilə bağlı Futbol Federasiyasını günahlandırıb. O bildirib ki, “Perspolis” tərəfdarlarına yuxarı oturacaqlarda yer verildiyi üçün onlar aşağıda oturan “Sepahan” tərəfdarlarını daşa tutub, onlara tərəf butulka kimi əşyalar atıblar. Bundan sonra qarşıdurma yaşanıb. “Rəqib komandaların tərəfdarları arasında belə bir fərq qoyulmamalı idi.”- deyə o vurğulayıb.

“Perspolis” tərəfdarları bu oyunda çempionluğa iddialı olan “Sepahan” və “İstiqlal” baş məşqçilərinin əleyhinə şüarlar səsləndiriblər.

Geri dön