Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda metro və avtobuslarda gediş haqqı 20% artırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda metro və avtobuslarda gediş haqqı 20% artırılıb

Tehranda metro və avtobuslarda gediş haqqı 20% artırılıb


Tehran Metropoliteni və Tehran Bus şirkəti bu gündən etibarən ictimai nəqliyyatlarda gediş haqqının 20% artırıldığı barədə məlumat yayıblar.

Tehran Metropoliteninin icraçı direktoru Fərnuş Növbəxtin sözlərinə görə, metroda gediş haqları Tehran şəhər şurasının bu barədə qəbul etdiyi qərardan sonra qaldırılıb.

Avtobuslarda gediş haqlarının qaldırılması xəbərini isə Tehran Bus şirkətinin icraçı direktoru Peyman Sənəndəci təsdiqləyib.

Qeyd etmək lazımdır ki, cari ilin mart ayının ortalarında Tehran şəhər şurasının məsulları ictimai nəqliyyətlarda gediş haqlarının 25% qaldırılacağı barədə məlumat yaymışdılar. Daha sonra keçirilən görüşlərdə şura üzvləri gediş haqlarının inflyasiya həddinə əsasən hesablanmasını təklif etmişdilər. Bundan sonra isə bütün üzvlər artımın 20% olmasını yekdillikdə qəbul etmişdilər. Bu gündən isə qərar qüvvəyə minib.

Digər tərəfdən, ictimai nəqliyyatlarda gediş haqlarının artırılmasından bir gün öncə, yəni aprelin 28-i İran valyutası dollar qarşısında yenidən kəskin ucuzlaşıb.

Geri dön