Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyə Universitetinin öyrənciləri Türkiyə komandasının qələbəsini belə qarşıladı – VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyə Universitetinin öyrənciləri Türkiyə komandasının qələbəsini belə qarşıladı – VİDEO

Urmiyə Universitetinin öyrənciləri Türkiyə komandasının qələbəsini belə qarşıladı – VİDEO


Ərzurum Atatürk Universiteti komandasının İraqın kürd bölgəsində yerləşən Səlahəddin Universitetinin komandasını məğlub etməsi azərbaycanlı öyrəncilərin böyük sevincinə səbəb olub.

Aprelin 28-də futzal üzrə “Urmiyə Universitetinin Beynəlxalq Turniri” çərçivəsində keçirilən görüşdə Türkiyə komandası 4:2 hesabı ilə qalib gəlib.

Oyub boyu türk öyrəncilərini dəstəkləyən güneyli öyrəncilər Atatürk Universitetinin komandası qalib gəldikdən sonra meydançaya daxil olub, sevinclərini qalib komandanın oyunçuları ilə paylaşıblar. Əllərində “Traxtur” bayrağı qaldıran öyrəncilər gur səslə “Yaşa Türkiyə” şüarı səsləndiriblər.



“Urmiyə Universitetinin Beynəlxalq Turniri” Türkiyə, Lübnan, İraq, Şərqi və Qərbi Azərbaycan əyalətləri komandalarının iştirakı ilə keçirilib.

Bundan əvvəl universitetin bədən tərbiyəsi şurası turnirin Türkiyə, Azərbaycan, İraq və İran universitetlərindən olan öyrəncilərin iştirakı ilə keçiriləcəyini elan etmişdir. Lakin universitet rəisi və ali təhsil müəssisəsinin təhlükəsizlik bölümünün müdaxiləsi ilə Azərbaycan Respublikası siyahıdan çıxarılaraq yerinə İraqın kürd bölgəsinə məxsus universitet komandaları daxil edilmişdir.

Ötən günlərdə yarışlarla bağlı posterlər yayılıb. Posterlərin üzərində qondarma Kürdistan bayrağının əks olunması azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, sözügedən bayraq öyrəncilərin geniş etirazı nəticəsində yarışlar zamanı salonun hər yerindən yığışdırılıb, bannerlərdə əks olunan bayraqların üstü ağ parçalarla örtülüb.

Geri dön