Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” Tehranın “Perspolis” komandası ilə önəmli görüşə hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” Tehranın “Perspolis” komandası ilə önəmli görüşə hazırlaşır

“Traxtur” Tehranın “Perspolis” komandası ilə önəmli görüşə hazırlaşır


Təbrizin “Traxtur” futbol komandası ən prinsipial görüşlərindən birinə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində “Traxtur” klubu Tehranın “Perspolis” komandasını öz meydançasında qəbul edəcək.

Görüş çərşənbə günü, mayın 1-də yerli vaxtla saat 17:00-da Təbrizin səhənd stadionunda başlayacaq.

“Traxtur”-“Perspolis” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, super liqa oyunlarının yekunlaşmasına bir neçə görüş qalmış İran Futbol Federasiyası tərəfindən Azərbaycan klubuna qarşı gizli ssenari qurulub. Bunun nəticəsində rəqiblərinə məğlub olan “Traxtur”la turnir cədvəlinə liderlik edən “Perspolis” arasında olan hesab fərqi daha da artıb. Yarışların yekunlaşmaq üzrə olduğunu da nəzərə alanda bu görüş olduqca önəmlidir və hər iki komandanın super liqa yarışlarındakı mövqeyinə ciddi təsir edə bilər.
Tehranın “Perspolis” və “İstiqlal” klubları İran dövləti tərəfindən dəstəklənir. Maliyyə yardımları bir yana, Futbol Federasiyasi və İdman Nazirliyi davamlı olaraq paytaxt komandalarının xeyirinə ssenari qurub, həmin komandaları çempion edir.

Bütün bunları nəzərə alan “Traxtur” tərəfdarları çərşənbə günü keçiriləcək görüşdə aktiv iştirak edəcəklərini açıqlayıblar. Məlumata görə, artıq Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan komanda tərəfdarları Təbrizə gəlməyə hazırlaşır. Çərşənbə günü keçiriləcək görüş bütün futbolsevər soydaşlarımızın diqqət mərkəzindədir.

Geri dön