Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı məsələ qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı məsələ qaldırılıb

Gürcüstan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı məsələ qaldırılıb


Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev son günlər Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edib.
“Report”un yerli bürosu xəbər verir ki, deputat Gürcüstan və Azərbaycan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadığını bildirib.
Onun sözlərinə görə, iki xalq arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək. S.Mirzəyev məbəd-kompleksi ətrafında yaranmış vəziyyətin birgə səylərlə mütləq həll olunacağını bildirib.
Çıxışının sonunda o, Gürcüstanın hazırkı və keçmiş siyasətçilərini məbəd ətrafında yaranmış vəziyyəti gərginləşdirməməyə çağırıb.

Geri dön