Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan Prezidenti Azərbaycanla sərhədin müəyyən olunması ilə bağlı yeni bəyanat verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstan Prezidenti Azərbaycanla sərhədin müəyyən olunması ilə bağlı yeni bəyanat verib

Gürcüstan Prezidenti Azərbaycanla sərhədin müəyyən olunması ilə bağlı yeni bəyanat verib


“Azərbaycanla sərhəd məsələsinin zamanında həll olunmasına ehtiyac var”.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanın bu məsələ ilə bağlı təsəvvürü var: “Lakin mən detalları açıqlamayacağam. Sovet İttifaqının sonuna yaxın, 1938-ci ilin xəritələrinə əsasən, inzibati sərhəd sayılan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb. Hüquqi prinsiplərdən çıxış etsək, bu, adi qərardır. Daha sonra bu barədə razılığa gəlmək olar. Yekun olaraq mövqe elə də kəskin olmur, lakin bu, bizim ilkin mövqeyimizdir və bizim dostlarımıza məlumdur”.
S.Zurabişvili həmçinin Keşikçi Dağı (David Qareci) məbədinə ziyarətinə də aydınlıq gətirib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir? Bəzi reaksiyalara çox təəccüblənirəm”.

Geri dön