Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Küçədəki uşaqlara icbari qaydada sənət öyrətmək lazımdır” (audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Küçədəki uşaqlara icbari qaydada sənət öyrətmək lazımdır” (audio)

Fərəc Quliyev: “Küçədəki uşaqlara icbari qaydada sənət öyrətmək lazımdır” (audio)


Fərəc Quliyev parlamentdə iki mühüm təklif verdi

Milli Məclisin bu gün- 03.05.2019 tarixində keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatının müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev iki mühüm təkliflə çıxış edib.
Partiya sədri küçələrdə kiçik xidmətlərlə pul qazanmağa çalışan uşaqlarla bağlı müəsisələr yaradıb, onlara sənət öyrədilməsi ilə bağlı təklif irəli sürüb. Millət vəkilinin digər bir təklifi isə ondan ibarət olub ki, insan alveri ilə məşğul olan obyektlərlə bağlı yayılan məlumatlar ciddi nəzarətə götürülməlidir ki, xəbər doğrudusa ölçü götürülsün, yox əgər doğru deyilsə, həmin dezinformasiyanın sahibkara vurduğu zərəri nəzərə alıb, yalan məlumat yayan haqqında ölçü götürülsün.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

“Təşəkkür edirəm, Ziyafət müəllim.
Mən Vilayət müəllimə təşəkkür edirəm, çox əhatəli bir hesabat verdi və görülən işlər də göz qabağındadır. Əslində keçən illərlə müqayisədə xeyli dərəcədə bütün sahələrdə irəliləyiş vardı. Bu hesabatda da öz əksini tapıbdı və Azərbaycan polisinin gördüyü işlər nəticəsində bütün sahələrdə olduğu kimi bu sahədə də xeyli irəliləyiş var. Hərçənd ki, biz bəzən polisin əməyini nəinki qiymətləndirmirik, sosial şəbəkələrdə də görünür ki, bəzi hallarda polis öz işinin öhdəsindən gələndə ona qarşı bir hörmətsiz davranışnümayi.olunur, hətta təhqiramiz ifadələr işlədirlər. Mən burda Ombudsmanın çıxışı zamanı da bu məsələyə toxunmuşdumki, biz vətəndaşlara polis tərəfindən bir basqı olanda hüququnun müdafiəsi haqqında danışırıq ,amma polisə qarşı hörmətsizlik, onun şərəf və ləyaqətini tapdalıyan hərəkətlər olanda bəzən mən media da susur və bu polislərin də haqqı müdafiə olunmur, bu doğru deyil. Əlbəttə bu bütün mediaya aid deyil. Mən hətta misalda çəkmişdim ki, bəzən polisin başından papağı yerə ata bilən adam olubdu. Belə adamlara güzəşt eləmək olmaz. Bəlkə mən mövzudan bir az uzaqlaşdım .
Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Birincisi uşaqlarla bağlıdır. Küçələrdə bəzən rastlaşırıq , avtomobillərin şüşəsini silməyə çalışan, küçədə qız uşaqlarına, balaca oğlan uşaqlarına və s. Hərçənd ki bu xeyli dərəcədə azalıb, amma bunlara rast gələndə düşünürsən ki, bəzi tədbirlər görmək mümkündür. Məsələn, hesab edirəm ki, bu uşaqları xüsusi bir müəssisə hazırlayıb orda bir az icbari qaydada sənət öyrətmək mümkündür. Məsələn, uşaqlara klimaların təmirini, komputer təmirini, soyuducu təmirini, avtomobil təmirini, çilingərlik və s öyrətmək mümkündür. Qızlara toxuculuq sənətini , dərzilik və s. öyrətmək mümkündür. Onlar burda həm qalarlar, öyrənərlər, həm kontrolda saxlamaq mümkündür. Bu insanların hamısı eyni səbəbdən çıxmırlar evdən. Bəzən doğurdan doğruya evində ehtiyacı vardır və bir tikə çörək üçün pul qazanmaq istəyir. Onlara bir təqaüd formasında vəsait ayırmaq da mümkündü. Deyək ki, birini həbs edib həbsxanaya qoyanda onsuz da bu bir ayda ona 588 manata qədər pul xərclənir. Amma təklifim reallaşarsa , həm faydalı şəkildə hazırlanar adam, bir əlində sənəti olar, həm də evinə pul aparmaq imkanı olar. Bəlkə qanunvericilikdə də müəyyən dəyişikliklər eləməklə bu müəssisələrin hazırlanması mümkündür. Məncə bu istiqamətdə bir şey düşünmək lazımdır. Düzdür reabiltasiya ilə bağlı müəyyən işlər görülüb. Bəzi uşaqların himayayə verilməsi ilə, qəyyumluğa verilmə ilə bağlı məsələləri Vilayət müəllim göstərdi ,amma məncəküçədəki bu uşaqların biraz icbarı qaydada sənət öyrədilməsi, faydalı iş əmsalını artırmaq üçün onları faydalı bir vətəndaşa çevirmək üçün yollar tapmaq lazımdır.
İkinci məsələ isə bəzən mətbuatda görürsən ki, insan alveri ilə bağlı məkanlar, ünvanlar göstərilir, sonra məlum olmur ki, burda belə bir hadisə var ya yox. Məncə ictimaiyyətlə və mətbuatla Daxili İşlər Nazirliyi elə işləməlidir ki, informasiyasızlıq olmasın.Məlumatlar doğrudursa dərhal ölçü götürülməlidir, əgər doğru deyilsə o məlumatları verənlər haqqında ölçü götürülməlidir ki, kimsə yerindən durub sahibkarların işlərinə xələl gətirməsin. Bu sahibkarların bir ünvanı haqqında müəyyən məsələlər deyiləndən sonra təbii ki onlarında işinə zərər gəlir. Mən hesab edirəm ki, bütövlükdə görülən işlər çox uğurludur, faydalıdır. Təşəkkür edirəm və bundan sonra da Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Ramil müəllim ,Vilayət müəllim başqa olmaqla hamısına uğurlar arzu edirəm.
Sağ olun”

Səs yazısı:


Geri dön