Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda ingilis dueli: “Arsenal”ın rəqibi “Çelsi” oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakıda ingilis dueli: “Arsenal”ın rəqibi “Çelsi” oldu

Bakıda ingilis dueli: “Arsenal”ın rəqibi “Çelsi” oldu


Futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib.

İngiltərənin "Arsenal" komandası yarımfinalda İspaniya "Valensiya"sı ilə qarşılaşıb. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan "Arsenal" səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2.

Digər yarımfinal oyununda isə "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. İlk oyunda da 1:1 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Amma əlavə vaxtda da qalib müəyyənləşmədiyindən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Penaltilər seriyasında daha dəqiq olan "Çelsi" 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Bununla da "Arsenal"ın rəqibi "Çelsi" oldu. Çempionlar liqasının ardınca Avropa Liqasının finalında da İngiltərə klublarının dueli olacaq.

Avropa Liqasının final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Geri dön