Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrana qarşı yeni sanksiyalar paketi imzalanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İrana qarşı yeni sanksiyalar paketi imzalanıb

İrana qarşı yeni sanksiyalar paketi imzalanıb


ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Yeni sanksiyalar İranın metallurgiya, alüminium və mis istehsalı və ixracı sahələrinə tətbiq edilib.

Ağ evin açıqlamasında deyilir ki, metallurgiya sahəsi İranı valyuta ilə təmin edir. Neftdən sonra ölkəni valyuta ilə təmin edən metallurgiya sahəsinin sanksiyalar altında qalması rejimin konstruktiv addım atması ilə nəticələnəcək.

Dünya mətbuatında ABŞ-ın yeni sanksiyaları birmənalı qəbul edilməyib. Mütəxəssislər hesab edirlər ki, İran ilə yanaşı, regionun digər dövlətləri də zərər görəcək. Rəsmi Vaşinqtonun heç kimin maraqlarını nəzərə almaması region dövlətləri tərəfindən birmənalı qarşılanmır.

Rabil Kətanov

Geri dön