Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 2019-cu ilin ilk 3 ayı ərzində Amerika ilə İran arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 2019-cu ilin ilk 3 ayı ərzində Amerika ilə İran arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2019-cu ilin ilk 3 ayı ərzində Amerika ilə İran arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb


Amerika Birləşmiş Ştatlarının Statistika İdarəsinin dərc etdiyi məlumatlara əsasən, 2019-cu ilin ilk 3 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə ABŞ-ın İrana ixracatının həcmi 55% azalaraq, 14.6 milyon dollara düşüb.

İrandan Amerikaya idxal edilən məhsulların həcmi də 26 dəfə azalaraq, ümümilikdə yarım milyon dolara qədər enib.

İranın Amerikaya ixracatı 2018-ci ilin avqust ayında rəsmi Vaşinqtonun Tehrana qarşı ilkin mərhələdə maliyyə, bank və sənaye sektorlarını əhatə edən sanksiyalar qəbul etməsindən sonra demək olar ki, sıfıra düşüb. Belə ki, sentyabr ayından etibaran İrandan idxal edilən məhsulların ümümi həcmi aylıq olaraq ya sıfır, ya da çox cüzi olub.

Sanksiyalardan öncə ABŞ-ın aylıq İrandan idxal etdiyi məhsulların orta nisbəti təqribən 5-6 milyon dollar idi.

2018-ci ildə Amerikanın İrana ixrac etdiyi məhsulların həcmi 2017-ci il ilə müqayisədə 3 dəfə artaraq, 440 milyon dollardan çox olmuşdu. Mütəxəssislərin fikrinə görə, bu artımın səbəbi Amerikanın İrana qarşı sanksiyalar qəbul etməsindən öncə daxili bazarda təlabatları ödəmək üçün lazım olan Amerika məhsullarının kütləvi idxalı idi.

Geri dön