Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerikanın İranın təhdidlərinə qarşı regiona göndərdiyi B-52 bombardımançıları Qətərdə eniş edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amerikanın İranın təhdidlərinə qarşı regiona göndərdiyi B-52 bombardımançıları Qətərdə eniş edib

Amerikanın İranın təhdidlərinə qarşı regiona göndərdiyi B-52 bombardımançıları Qətərdə eniş edib


Amerika Birləşmiş Ştatlarının İranın yaratdığı təhdidlərlə mübarizə üçün regiona ezam etdiyi B-52 tipli strateji bombardımançı təyyarələr Qətərdə ABŞ-a məxsus Əl-Üdeyd hava bazasında eniş edib.

Xatırladaq ki, mayın 5-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin İranın yaratdığı təhdidlərə qarşı regiona təyyarə daşıyan “USS Abraham Lincoln”gəmisinin göndərəcəyi bağlı yayılan məlumatlara bildirdiyi münasibətdə bu addımın hədəfinin İrana açıq mesaj çatdırmaq olduğunu vurğulamışdı.

Mayın 8-də isə Amerika ordusu Yaxın Şərqə B-52 tipli bombardımançı təyyarələrin göndəriləcəyi barədə xəbər yaymışdı. Ordunun məlumatında bu qərarın Tramp administrasiyasının İran təhdidləri ilə bağlı açıq əlamətlərin mövcudluğunu elan etməsindən sonra qəbul olunduğu qeyd edilirdi.

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən çəkilmiş fotolarda Qətərin Əl-Üdeyd hava bazasında 2 B-52-nin olduğu nəzərə çarpır.

Geri dön