Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çin və Yaponiyanın neft şirkətləri İrandan idxalatı tamamilə dayandırıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Çin və Yaponiyanın neft şirkətləri İrandan idxalatı tamamilə dayandırıblar

Çin və Yaponiyanın neft şirkətləri İrandan idxalatı tamamilə dayandırıblar


Çinin Dövlət Neft Şirkəti və bu ölkəyə məxsus digər şirkət- “Sinopek” Amerika sanksiyalarına tuş gəlməmək üçün may ayından İrandan neft alışını dayandırıblar.

Çin Dövlət Neft Şirkətinin rəsmilərindən biri məsələ ilə bağlı “Reuters” agentliyinə bildirib ki, çox az miqdarda neft üçün bütün şirkəti riskə atmağa dəyməz.

Məlumatlara görə, qeyd edilən şirkətin günlük istifadə etdiyi neftin həcmi 2 milyon bareldir. İran bu miqdarın gündəlik 67 min barelini təmin edirdi.

Çinin digər neft şirkəti olan “Sinopek” ilə İran arasında 2012-ci ildə imzalanmış razılaşmaya əsasən, İran gündəlik olaraq şirkətə 265 min barel neft ixrac edirdi. Müqavilənin etibarlılıq müddəti 2019-cu ilin sonuna qədər olsa da, bu korporasiya da Amerika sanksiyaları səbəbindən may ayında İrandan neft idxalını tamamilə dayandırıb.

Çin cari ilin ilk 3 ayında gündəlik 475 min barel neft almaqla, İranın ən böyük neft müştərisinə çevrilmişdi.

Digər tərəfdən, Yaponiyanın neft şirkəti- “Fuci” də mayın 9-da İrandan neft alışını tamamilə dayandırdığını elan edib.

Şirkət rəhbərliyi qara qızıla olan ehtiyaclarını bundan sonra alternativ ölkələrdən ödəyəcəklərini bildirib.

Şirkətin direktoru keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, “biz bazardan ehtiyacımız olan qədər neft ala bilərik, buna görə də İranla bu sahədə əməkdaşlığımızı dayandırmaq işimizdə heç bir problem yaratmır”.

“Fuci” şirkəti əvvəllər bütün neft ehtiyacının 20%-ni İrandan təmin edirdi. Lakin sanksiyalardan sonra bu ölkədən aldıqları neftin həcmində 30% azalma müşahidə edilirdi.

Qeyd etmək lazımdır ki, ABŞ may ayının 2-dən neft sanksiyalarında İran neftinin müştərisi olan istisna kimi nəzərdə tutulmuş 8 ölkəyə tanıdığı möhlət hüququnu ləğv edib. Bu tarixdən etibarən həmin ölkələr Amerika ilə ticari tərəfdaşlıqlarını qorumaq üçün İrandan qara qızıl idxalını sıfıra endirmədirlər.

Geri dön