Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib


ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilib.
Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunub.
Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi diqqətə çatdırılıb.
Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilib.

Geri dön