Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > "Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə

"Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə


"Şərq Tərəfdaşlığı" Proqramı bu ay onilliyini qeyd edir. 2009-cu ildə reallaşdırılan proqram Avropa İttifaqı (Aİ), onun üzv ölkələri və altı Şərq qonşusu - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə yönəlib.
Onillik müddət bu təşəbbüsün nəticələrinə dair müəyyən yekunları qeyd etmək üçün kifayət qədər vacib mərhələdir.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayır.
İqtisadi əməkdaşlığın gücləndirilməsi
Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Son 10 ildə Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 28% artıb.
Aİ EU4Business təşəbbüsü vasitəsilə 13 min Azərbaycan şirkətinə maliyyə, təlim və yeni bazarlara ixrac dəstəyini verib.

Geri dön