Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > III Avropa Oyunlarına ev sahibliyinə namizəd şəhər dəyişdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > III Avropa Oyunlarına ev sahibliyinə namizəd şəhər dəyişdirilib

III Avropa Oyunlarına ev sahibliyinə namizəd şəhər dəyişdirilib


2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyinə namizədlərin siyahısında dəyişiklik edilib.

Öncədən Katovitse şəhərinin namizədliyini irəli sürən Polşa dəyişikliyə ehtiyac duyub.

Belə ki, bu ölkə qitənin multi-idman yarışının keçirilməsi üçün digər şəhər – Krakovun namizədliyinə üstünlük verib. Dəyişikliyin səbəbi açıqlanmayıb.

Krakov III Avropa Oyunlarını keçirməyə iki namizəddən biridir. Polşalıların rəqibi Rusiyanın Kazan şəhəridir.

Lakin yarışa ev sahibliyi ilə bağlı müraciətlərin qəbulu üçün son tarix mayın 31-i olduğundan siyahının artması istisna deyil. Düzdür, bu tarix öncədən fevralın 28-i olsa da, sifarişlərin qəbulu müddəti əvvəl aprelin 30-na, sonradan mayın 31-dək uzadılıb.

2023-cü ildə keçiriləcək Avropa Oyunlarının ev sahibi bu il Belarusun paytaxtı Minskdə təşkil olunacaq yarışın startına qədər açıqlanmalıdır. Bu yarış iyunun 21-30-da keçiriləcək.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda baş tutacaq

Geri dön