Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda türkdilli iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakıda türkdilli iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Bakıda türkdilli iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək


Avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçiriləcək. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin — Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcəklər.
Tədbir çərçivəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir.
Qeyd edək ki, avqustun 13-14-də İqtisadiyyat Nazirlərinin 2-ci görüşünə hazırlıq məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının 2-ci iclası keçiriləcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq üzrə 4 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarının 2-ci iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılacaq.

Geri dön