Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” tərəfdarlarının səsləndirdiyi milli şüarların VİDEOSU
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” tərəfdarlarının səsləndirdiyi milli şüarların VİDEOSU

“Traxtur” tərəfdarlarının səsləndirdiyi milli şüarların VİDEOSU


Xəbər verdiyimiz kimi, şənbə Günü Təbrizin “Traxtur” futbol klubu “Pars Cənubi Cəm” komandasını səhənd stadionunda qəbul edib.

Super liqa yarışlarının 29-cu həftəsində keçirilən görüşdə milli şüarlar səsləndirilib. Oyunun 15-ci dəqiqəsində gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirən “Traxtur” tərəfdarları ölkə konstitusiyasının 15-ci maddəsinin icrasını və ana dilində təhsil tələb ediblər. Şüar səsləndirilən zaman İran televiziyası komanda tərəfdarlarının səsini kəsib.

Bundan əlavə, mayın 8-ı axşam saatlarında Təbrizin üstü örtülü ikiqapılı bazarında baş verən yanğın da “Traxtur” tərəfdarlarının diqqət mərkəzində olub. Onlar dəhşətli yanğının qarşısını alan Azərbaycanın yanğınsöndürən qrupuna öz təşəkkürlərini bildirib, fədakarlıqlarına görə qədrdanlıq ediblər. Soydaşlarımız bu məqsədlə aşağıdakı şüarı səsləndirib:
“Ey qəhrəman Atəşnişan
Qurban olum qeyrətizə
Şirin canı oda vurduz
Can yandırdız qoca Təbrizə”



Qeyd edək ki, çərşənbə günü axşam saatlarında Təbrizin tarixi bazarında baş verən yanğında 113 mağaza yanıb, soydaşlarımıza bütövlükdə 20 milyard tümən məbləğində maddi ziyan dəyib. Bu hadisədə Təbrizin yanğınsöndürən qrupunun 19 nəfəri xəsarət alıb.

Geri dön