Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şimali Kiprdə yeni hökumət formalaşdırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Şimali Kiprdə yeni hökumət formalaşdırılır

Şimali Kiprdə yeni hökumət formalaşdırılır


Şimali Kiprin Prezidenti Mustafa Akıncı yeni hökumət formalaşdırılmasını Milli Birlik Partiyasına (MBP) həvalə edib.

Prezident Mustafa Akıncı parlamentdə təmsil olunan 6 partiya sədri ilə görüşəndən sonra bu qərara gəlib və yeni hökumətin tərkibini müəyyən etməyi MBP-nin sədri Ersin Tatara tapşırıb.

Xatırladaq ki, ötən il yanvarın 7-də Şimali Kiprdə parlament seçkiləri keçirilib. Fevralın 2-də isə seçkilərdə mandat qazanan 4 siyasi partiyanın iştirakı ilə koalision hökumət qurulub.

Cari il mayın 8-də Demokrat Partiyasının sədri Serdar Denktaşın tutduğu maliyyə naziri vəzifəsindən istefa verməsi səbəbindən koalision hökumətdə böhranı yaranıb.

Sabir Şahtaxtı

Geri dön