Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov: "Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Elmar Məmmədyarov: "Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər"

Elmar Məmmədyarov: "Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər"


Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər.
Bu barədə Brüsseldə Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
“Hələlik həmsədrlərin regiona ayın sonunda gələcəyini düşünürük, bunu sonra ətraflı müzakirə edəcəyik. İndi gündəmdə nazirlərin görüşü var, amma bunu hazırlamaq lazımdır. Əvvəl də dediyim kimi, həmsədr ölkələrindən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirtmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir”, - nazir qeyd edib.

Geri dön