Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”un növbəti rəqibi: “Fulad”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “Traxtur”un növbəti rəqibi: “Fulad”

“Traxtur”un növbəti rəqibi: “Fulad”


Təbrizin “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində daha bir önəmli görüşə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 30-cu həftəsində “Traxtur” komandası Xuzistanın “Fulad” klubunun qonağı olacaq.

Görüş mayın 16-ı Təbriz vaxtı ilə saat 21:30-da Əhvazın Təxti stadionunda başlayacaq.

“Traxtur”-“Fulad” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, bu həftə İranda 18-ci super liqa yarışlarının sonuncu görüşləri keçirilir. Bu cəhətdən “Traxtur”-“Fulad” görüşünün nəticəsi xüsusi əhəmiyyət kəsb edir.

N.S

Geri dön