Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli İnsanovun Qərblə “Qarabağ bazarlığına” iki sərt reaksiya
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Əli İnsanovun Qərblə “Qarabağ bazarlığına” iki sərt reaksiya

Əli İnsanovun Qərblə “Qarabağ bazarlığına” iki sərt reaksiya


Fərəc Quliyev: “O insan mənə maraqlı deyil”

Bu ilin martında Novruz əfvi ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun günlər öncəki müsahibəsi ətrafında narazılıq durmadan artır. Ən çox da onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərinə sərt etirazlar var.

Açıq şəkildə ermənilərlə barışıqdan dəm vuran Ə.İnsanov bu müsahibəsində azadlığa çıxdığı ilk andan təşəkkür etməkdən doymadığı Qərbə mesaj ünvanlayır ki, məni Azərbaycanda iqtidara gətirin, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edim. Bundan əlavə, eks-nazir demokratiya pərdəsi altında gizlənərək, bildirir ki, Azərbaycan elə bir qurulmalıdır ki, ermənilər dövlətimizin tərkibində yaşamaq istəsinlər. Ə.İnsanov hətta daha irəli gedərək, beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycan tərəfinə inanmadığını da önə çəkir. Bir növ günahı dövlətimizdə görür. Rəsmi Bakının beynəlxalq konvensiyalara əməl etmədiyini deyən sabiq nazir bu səbəbin də münaqişəsinin həll edilməməsində mühüm rol oynadığını önə çəkir.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev: “Əvvəla onu deyim ki, gerçəkdən Əli İnsanovu izləmirəm. Heç bir açıqlamasına baxmamışam, çıxışlarını izləməmişəm. O insan mənə maraqlı deyil. Siyasətçi də deyil. Həkimdir, yaşlı bir adamdır. Vaxtilə korrupsiyada ittiham olunub. Onun perspektivinə belə inanmıram. Siyasi səhnədə yer tutacağını, bir iş görəcəyini, ən azından bir təklif belə vermək bacarığının olduğunu düşünmürəm. Hər hansı bir siyasətçi siyasi təklifi, analizləri, siyasi fəaliyyəti ilə çıxış edəndə nəsə düşünmək olur. Amma Əli İnsanovda bunların heç birini görmədiyim üçün onunla ümumiyyətlə maraqlanmıram. Azərbaycan münaqişənin həlli üçün dinc yolla sülhə çatmağı arzulayır. Sülh yolu sözü doğru deyil. Azərbaycan dinc yolla problemi həll etmək üçün indiyə qədər çalışıb, təkliflərini verib. Amma bu dinc yol 25 ildir heç bir fayda vermir. Görünür, bu insanın çox şeylərdən xəbəri yoxdur. Onun ”Azərbaycan elə bir ölkə olmalıdır ki, ermənilər burada yaşamağa maraqlı olsunlar" deyə səsləndirdiyi fikirlər barədə onu deyə bilərəm ki, ölkəmizin vəziyyəti qat-qat Ermənistandan üstündür. Bunu hər kəs bilir. Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların özləri əslində girov vəziyyətindədir. Əli İnsanov başa düşmək istəmir ki, bu, etnik münaqişə deyil. Bir qonşu dövlət hücum edib, Azərbaycan torpaqlarını işğala məruz qoyub. İşğal etdiyi ərazilərin bir hissəsində də qondarma rejim qurub. Əli İnsanov açıqlamalarında Azərbaycan tərəfi dolayısı ilə günahkar bilirsə, bunu heç şərh etməyə ehtiyac qalmır. Bir dövlət gəlib sənin ərazilərini işğal edir, sən də günahı özündə axtarırsan. Bizim burada yeganə günahımız odur ki, indiyə qədər ərazilərimizi hərbi yolla işğaldan azad etməmişik. Beynəlxalq aləmə inandıq ki, problemi həll edəcəklər. Bu da bizdən asılı olmayan günahdır. 2016-cı ilin aprel savaşına girdik, bizi saxladılar ki, dinc yolla həll edərik. Amma etmədilər. İnsanovun verdiyi mesajlardan aydın olur ki, məsələnin mahiyyətindən xəbərsizdir, eyni zamanda siyasi peşəkarlığı yoxdur. Açığı, sizə rəğmən, qəzetinizə hörmətim olduğu üçün onun dediklərinə şərh verdim. Belə bir qeyri-ciddi, siyasətlə məşğul olan adamların dediklərinə cəmiyyətin köklənməsini heç də doğru saymıram".

Deputat sabiq nazirin Azərbaycanı beynəlxalq konvensiyalara əməl etməməkdə suçlamasına da mövqeyini bildirdi: “Bunların hamısı çox mənasız fikirlərdir. Əli İnsanov Qərbi Azərbaycandan olduğu üçün məsələlərdən xəbərdar olduğunu düşünürəm. Bunun müqabilində belə məsələləri qaldırmaq nə dərəcədə doğrudur? Düşmənə qarşı mübarizə aparanda daxildə səfərbər olmaq lazımdır. Belə olduqda daxili məsələləri qaldırıb düşmənin əlinə nələrisə verməyə ehtiyac qalmır. Ermənistanda parlamentə daxil olub qanunverici orqanı gülləbaran edirlər, ölənlər olur, amma bu barədə Ermənistanın daxilindən heç nə deyilmir. Amma bu şəxs korrupsiyada ittiham olunub, həbsə düşüb, çəkilişlərdə bunun hər biri öz əksini tapıb, indi başlayıb mənasız fikirlər səsləndirir. Hər bir ölkədə həbsə atılan adamlar olur. Hətta bəzi hallarda qanunsuz şəkildə tutulan adamlar da ola bilər. Amma bunun Dağlıq Qarabağın işğal altında qalmasına heç bir dəxli yoxdur. İnsan haqlarından danışan bu şəxs səhiyyə naziri olanda ANS-in müxbirlərinə qarşı etdiyini hər kəs bilir. Azərbaycan tərəfi işğala məruz qalıb. Əgər birisi üstüörtülü şəkildə erməni tərəfə üstünlük verirsə, bunun bir adı varmı? Buna şərh verməyə gərək qalırmı? Məncə, yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Geri dön