Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Türkmənistan münasibətləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycan-Türkmənistan münasibətləri müzakirə olunub

Azərbaycan-Türkmənistan münasibətləri müzakirə olunub


Avqustun 12-də Türkmənistanda keçirilən Yemiş bayramında Türkmənistan hökumətinin dəvətilə iştirak edən Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultan-zadə Turkmənistan Nazirlər Kabinetinin sədr müavini R.Seyitkulıyev ilə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.
Səfirlikdən verilən məlumata görə, Türkmənistanın hökumət üzvlərinin iştirak etdiyi həmin tədbirdə Azərbaycan diplomatı ilə Turkmənistan səlahiyyətlisi arasında Azərbaycan- Türkmənistan münasibətlərinin əsas sahələrindən olan nəqliyyat məsələləri ətrafında söhbət aparılıb.
Nəqliyyat arteriyalarının yenidən qurulmasını və şaxələndirilməsini həyata keçirən Turkmənistan tranzit ölkə olaraq bölgədə maraq dairəsində olan ölkələrdəndir.

Geri dön