Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”

“Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”


Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi təmsil etdiyi əyalətin səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verdiyini bildirib.

“Hər il İraq və körfəz ölkələrindən müalicə məqsədi ilə ölkəyə çox sayda turist gəlir. Onların Ərdəbil Əyalətinə cəlb olunması məqsədəyuğundur. Özəl sektor da bu işdə aktiv olmalıdır.
Biləsuva sərhəd-keçid məntəqəsindən ölkəyə gələn Azərbaycan vətəndaşlarının Ərdəbilə müraciət etməsi isə əyalət üçün xüsusi əhəmiyyət kəsb edir. Biz hələlik onlara üstünlük veririk.”- deyə Nadir Fəllahi bildirib.

Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində hər il 1.5 milyondan çox Azərbaycan vətəndaşlarının giriş-çıxışı qeydə alınır, onlardan təxminən 40 faizi müalicə məqsədi ilə ölkəyə gəlir.

“Xarici turistlərin daşımaçılıq işləri, onları tibb mərkəzlərinə çatdırmaq və s. kimi işlər özəl sektorə aiddir, bu istiqamətdə sərmayə yatırmaq lazımdır.”- deyə Nadir Fəllahi əlavə edib.

N.S

Geri dön