Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 18-ci super liqa yarışlarının son görüşləri keçirildi, “Traxtur”…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 18-ci super liqa yarışlarının son görüşləri keçirildi, “Traxtur”…

18-ci super liqa yarışlarının son görüşləri keçirildi, “Traxtur”…


Mayın 16-da İranda 18-ci super liqa yarışlarının son görüşləri keçirilib.

Yarışlarının 30-cu həftəsində keçirilən oyunlarda “Traxtur” istisna olmaqla ilk üçlüyə iddialı olan komandalar öz rəqiblərinə qalib gəliblər.
“Perspolis” “Pars Cənubi Cəm”ə 1:0, “Sepahan” Xuzistanın “İstiqlal” komandasına 0:2, Tehranın “İstiqlal” komandası “Sepid Rud”a 1:2 və “Pədidə” “Maşınsazi”yə 1:2 hesabı ilə qalib gəlib. Əhvazın Təxti stadionunda “Fulad”la qarşılaşan “Traxtur” isə oyunu 2:2 bərabər hesabla başa vurub.

Bununblada öncədən planlaşdırıldığı kimi, 18-ci super liqa yarışlarının çempionu “Perspolis” klubu olub. 2-ci və 3-cü yerlərdə isə “Sepahan” və “İstiqlal” komandası qərarlaşıb. Azərbaycanın “Traxtur” komandası isə 52 xalla 5-ci yeri tutub.

Yarışların sonuna bir neçə həftə qalmış, konkret olaraq “Sepid rud”la görüşdən sonra Azərbaycan klubunun məsulları, o cümlədən klubun sahibi Məhəmmədrza Zenuzi yarışlarının ilk üçlüyünə hansı komandaların düşəcəyinin öncədən planlaşdırıldığını bildirmişdilər. Ötən illərdə olduğu kimi, bu plan ən çox “Traxtur”u çempionluqdan məhrum etməyə yönəlmişdir. Yarışların yekunlaşmasına bir neçə həftə qalmış İran Futbol Federasiyası və İdman Nazirliyinin Azərbaycan klubuna qarşı ssenarisi işə düşdü. “Sepid rud”la görüşdə qapıçı Möhsün Fruzanın xəyanəti ilə başlayan problem sonra hakimlərin verdiyi qərəzli qərarlarla daha da ciddiləşdi. Hakimlərin son bir neçə görüşdə “Traxtur”un əleyhinə verdiyi yanlış qərarlar artıq hər kəsə aydındır. Buna komanda tərəfdarları ilə yanaşı rəsmi şəkildə etiraz da edildi, lakin bütün etirazlara baxmayaraq Futbol Federasiyası və İdman Nazirliyi öz ənənəsinə sadiq qalaraq Azərbaycan klubuna qarşı başlatdığı ssenarini sonuna qədər davam etdirib, yarışları bügünkü nəticəyə çatdırdılar.

Geri dön