Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran səfirliyindən müəmmalı addım
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran səfirliyindən müəmmalı addım

İran səfirliyindən müəmmalı addım


Səfirlikdən heç kim Azərbaycan prezidentinin Ramazan qəbuluna qatılmayıb


Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə İslam ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib. Ənənəvi xarakter daşıyan bu görüşlər Azərbaycanda dövlətin islami dəyərlərə verdiyi qiymətin və yetirdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin diplomatik korpusun rəhbərlərini qəbul edərək bayram münasibətilə təbrik etməsi həm də islam ölkələri arasında həmrəyliyin və ümumi mənəvi dəyərlərə sadiqliyin ifadəsi kimi qiymətləndirilir.

Məlumata görə, həmin görüşə İran səfiri və ya səfirliyin nümayəndəsi qatılmayıb.

Ekspertlər hesab edir ki, İslam aləminin ən böyük bayramı, islami həmrəyliyin, qarşılıqlı hörmət və ehtiramın təcəssümü sayılan Ramazan bayramına belə soyuq münasibətin səbəbi mətbuatda ciddi suallar yaradıb. “İslami dəyərlərin qoruyucusu”, “islam maraqlarının müdafiəçisi” iddiası ilə çıxış edən bir ölkənin diplomatik nümayəndələrinin bu etinasız hərəkətləri ictimaiyyət tərəfindən təqdir oluna bilməz. Əgər İran səfiri ölkədə deyilsə, səfirliyin nümayəndəsi qəbulda iştirak etməli idi.

Geri dön