Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Birinci rübdə 700 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Birinci rübdə 700 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

Birinci rübdə 700 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb


Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, yanvar-mart aylarında ölkədə 3 milyard 700 milyon manat dəyərində Mərkəzi Bankın notları, 700 milyon manat dəyərində dövlət istiqrazları, 20 milyon manat dəyərində korporativ istiqrazlar və 8,3 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 3 milyard 363,1 milyon manatlıq notları, 443,9 milyon manatlıq korporativ istiqrazlar, 186,0 milyon manatlıq səhmlər və 151,8 milyon manatlıq dövlət istiqrazları yerləşdirilib.

Yanvar-mart aylarında nominal dəyəri 108,4 milyon manatlıq səhmlər, 81,2 milyon manatlıq Mərkəzi Bankın notları, 75,7 milyon manatlıq dövlət istiqrazları və 62,8 milyon manat olan korporativ istiqrazlar tədavüldə olub.

Geri dön