Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyənin tarixi bazarında durğunluq yaşanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyənin tarixi bazarında durğunluq yaşanır

Urmiyənin tarixi bazarında durğunluq yaşanır


Vaxtı ilə çoxlarının qibtə hissi ilə baxdığı Urmiyə tarixi bazarının mağaza sahibləri artıq müflis olmaq üzrədir.

Bu barədə xəbər yayan “Təsnim” xəbər agentliyi bildirib ki, Urmiyə bazarı bir müddət əvvəl olduqca aktiv olub, bu bazar bir çox insan və ailələrin keçimini təmin edib. Lakin son vaxtlar vəziyyət kəskin dəyişib, ölkədə yaşanan iqtisadi tənəzzül nəticəsində əhalidə alıcılıq qabliyyəti çox aşağı düşdüyü üçün bazarda durğunluq yaşanır.

Məlumatda qeyd olunub ki, hətta mağazaların kənarında səyyar satıcı kimi fəaliyyət göstərən alverçilər də heçnə sata bilmir, ümumiyyətlə bazardan keçimini təmin edənlərin əksəriyyətinin çörəyi sankı daşdan çıxır.

Şəkillərdə göründüyü kimi, bazarda fəaliyyət göstərən səyyar satıcıların bir çoxu satdığı malların yanında görünmür. Ona görə ki, onlar müştərinin olmadığından əmindilər.

Geri dön