Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Dərbənd > Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq

Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq


Avqustun 23-də Çeçenistanın Şali şəhərində 20 min nəfər tutumu olan Avropanın ən böyük məscidi, həmçinin Quran hafizləri məktəbinin açılış mərasimi baş tutacaq.

TASS informasiya agentliyi xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov məscidin inşasının demək olar ki, başa çatdığını və hazırda ətraf ərazidə abadlaşdırılma işlərinin aparıldığını deyib.

“Bu möhtəşəm kompleks nəinki Şalinin yaraşığı, həm də respublikanın ən cəlbedici yerlərindən biri olacaq”, - deyə Çeçenistan rəhbəri bildirib.

Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb. İbadətgahın ərazisini 12 fəvvarə bəzəyəcək.

Regional müftiliyin məlumatına əsasən, Çeçenistan Respublikasının ərazisində 1100-dən çox məscid fəaliyyət göstərir.

Geri dön