Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görülüb

Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görülüb


Rusiyanın Rostov şəhərində “Sehrli Arpecio” İnstrumental ifaçılıq üzrə beynəlxalq müsabiqə keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, müsabiqə “The İnternational Organization of FolkArt” beynəlxalq təşkilatının Rusiya nümayəndəliyi və “Созвездие” müsabiqə agentliyinin təşkilatçılığı ilə təşkil edilib.

Müsabiqədə ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Burhanəddin Novruzov uğurla təmsil edib. O, müsabiqənin Qran-Pri mükafatına layiq görülüb.

Geri dön