Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəal Salar Tahir Əfşar barəsində məhkəmə hökmü çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəal Salar Tahir Əfşar barəsində məhkəmə hökmü çıxarılıb

Azərbaycanlı fəal Salar Tahir Əfşar barəsində məhkəmə hökmü çıxarılıb


Ötən il bir il həbs cəzasına məhkum edilən azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar barəsində yeni məhkəmə hökmü çıxarılıb.

Azərbaycanlı fəal mayın 18-də Urmiyənin İnqilab Məhkəməsində həbs cəzasını əvəz edən cəriməyə məhkum olunub, o hökmə əsasən 10 milyon rial məbləğində cərimə ödəməlidir. Hakim fəalın etirazını rədd edərək barəsində qəti qərar çıxarıb.

Əslində həbs cəzasını əvəz edən cərimə qərarı bir müddət əvvəl Urmiyə İnqilab Məhkəməsininm 1-ci şöbəsi tərəfindən çıxarılıb. Lakin hökm Urmiyə “Sepah”ının şikayəti əsasında ölkənin Ali Məhkəməsinə göndərilmişdir. Bir neçə ay aradan sonra nəhayət ki, şənbə günü nağd cərimə haqda qəti qərar çıxarılıb.

Gənc fəal 2018-ci il iyulun 7-də Azərbaycanın tarixi milli qəhrəmanı Babək Xürrəmdinin doğum gününün ildönümündə şokolad payladığı üçün təhlükəsizlik qüvvələri tərəfindən Urmiyənin “Güllər bağı” parkında yaxalanıb, o 10 gün saxlandıqdan sonra 500 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəal Urmiyə “Sepah”ının təhlükəsizlik bölümündə saxlandığı müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb, işgəncə nəticəsində ürəyi gedən fəal iki dəfə “Arefiyan” xəstəxanasına aparılmışdır.

Təhlükəsizlik qüvvələri iyulun 14-də məhkəmə hökmü təqdim etmədən Salar Tahir Əfşarın ata evinə hücum çəkib, evdə axtarış aparıblar. Axtarış zamanı fəala aid bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptop və bir neçə kitab məmurlar tərəfindən götürülüb.

Adını çəkdiyimiz azərbaycanlı fəal mədəni fəaliyyətlərinə görə dəfələrlə Ettelaat əməkdaşları tərəfindən təhdid edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

Geri dön