Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Ermənistan kimi dövlətin mövcudluğu sual altında qalacaq (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Ermənistan kimi dövlətin mövcudluğu sual altında qalacaq (video)

Fərəc Quliyev: Ermənistan kimi dövlətin mövcudluğu sual altında qalacaq (video)


MDHP sədri geosiyası proseslərdə Azərbaycanın və Ermənistanın mövqelərini şərh edib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən – 20.05.2019 tarixində Azərbaycan Televiziyasının “Günün nəbzi” verilişinin qonağı olub. Geosiyasi proseslərdə Azərbaycanın yürütdüyü uğurlu siyasətin müzakirəsinə həsr edilmiş həmin verilişdə millət vəkili ölkəmizin geosiyasi və geoiqtisadi baxımdan mürəkkəb bir bölgədə yerləşməsinə baxmayaraq, öz mövqelərini qoruması və hətta əks qütblərdə təmsil olunanların Azərbaycanda bir masa ətrafında oturmasını dövlətin yürüdülən uzunmüddətli siyasətin dayanıqlığı və proseslərə uyğun çevik manevirlər edə bilmə bacarığının uğurlu nəticəsi kimi qiymətləndirib. O qeyd edib ki, həm də nəzərə alınmalıdır ki, bu uğurları müharibə şəraitində olan bir ölkə qazanıb.
Eyni zamanda Azərbaycan Avropa münasibətlərindən danışan partiya sədri Ermənistanla müqayisədə münasibətlərin səviyyəsini şərh edib və bununla bağlı misallar göstərib. O, Ermənistanın atdığı addımların bataqlıq effekti verdiyini vurğulayaraq, yürüdülən bu siyasətlə həmin dövlətin mövcudluğunun sual altında qalacağını bildirib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik:


Geri dön