Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Elmi Kitabxanada “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Mərkəzi Elmi Kitabxanada “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda tədbir keçirilib

Mərkəzi Elmi Kitabxanada “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda tədbir keçirilib


AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), İnformascop və MUROMA şirkətləri “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda birgə tədbir keçirib.

Tədbiri giriş sözü ilə MEK direktoru Leyla İmanova açıb. L.İmanova XXI-ci əsrdə informasiya artımının sürəti və həcmi, kitabxanaların üzərinə düşən elmi informasiyanın emalı və inteqrasyası, server həcmi, kiber-təhlükəsizliyi, interqasiya şərtləri və başqa problemləri səsləndirib.

AzKİK-nin direktoru və MEK İnnovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova isə konsorsiumun fəaliyyəti, gələcək perspektivləri haqqında danışıb.

Türkiyənin İnformascope şirkətinin direktoru Kıvanc Çinar “Rəqəmsal yayım və kitabxana texnalogiyaları” mövzusunda geniş təqdimat keçirib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

MUROMA şirkətinin nümayəndəsi İltifat İbrahimov təmsil etdiyi şirkət və xidmət göstərdikləri sahələr barədə ətraflı məlumat verib.

Akademik qurumların kitabxana nümayəndələrinin iştirak etdiyi tədbir mövzu ətrafında müzakirələrlə davam edib.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Geri dön