Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Qiyamın ildönümü ərəfəsində onlarla azərbaycanlı fəal Ettelaat İdarəsinə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli Qiyamın ildönümü ərəfəsində onlarla azərbaycanlı fəal Ettelaat İdarəsinə çağırılıb

Milli Qiyamın ildönümü ərəfəsində onlarla azərbaycanlı fəal Ettelaat İdarəsinə çağırılıb


Ötən illərdə olduğu kimi, bu il də Milli Qiyamın 13-cü ildönümü ərəfəsində azərbaycanlı milli-mədəni fəallara təzyiqlər artıb.

Yerli mənbələrdən aldığımız məlumata görə, Azərbaycanın müxtəlif məntəqələrində onlarla fəal Ettelaat İdarəsinə çağırılaraq dindirilib, onlara Milli Qiyamın ildönümündə hərhansı tədbir keçirməklə bağlı xəbərdarlıq edilib.

Ettelaat İdarəsinə çağırılan fəallardan hələlik bir neçəsinin kimliyini müəyyənləşdirmək mümkün olub. Rəsul Rəzəvi, Cavid Nəzmi, Şahin Bərzgər, Babək Hüseyni Müqəddəm, Əkbər Mühaciri, Hüseyn Məhəmmədiyan və Səccad Budaği təhlükəsizlik orqanlarına çağırılan fəallar arasındadır.

Adı çəkilən fəallardan 2-i çağırılan idarəyə müraciət etmədiyi üçün evdən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

N.S

Geri dön