Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizə üzrə əməkdaşlığına dair memorandum təsdiqlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizə üzrə əməkdaşlığına dair memorandum təsdiqlənib

Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizə üzrə əməkdaşlığına dair memorandum təsdiqlənib


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair bu il martın 11-də Astana (indiki Nur-Sultan) şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Prezident İlham Əliyev mayın 22-də bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərəcək.


Geri dön