Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb


Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb.

Mayın 30-da və 31-də keçiriləcək iclasların gündəliyinə ümumilikdə 26 məsələ daxildir.

Bunlar “Kredit ittifaqları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” , “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” , “Dövlət rüsumu haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Vergi Məcəlləsinə dəyişiklik layihələridir.

Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlayır, mayın 31-dək davam edir.

Mirmahmud Kazımoğlu

Geri dön