Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə Konvensiyasına qoşulacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə Konvensiyasına qoşulacaq

Azərbaycan Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə Konvensiyasına qoşulacaq


"Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bu, yaxın vaxtlarda baş verəcək: "Ölkə rəhbərliyinin xüsusi tapşırığı ilə Konvensiya ilə bağlı bir çox addımlar atılıb. Azərbaycan uzun müddətdir ki, Konvensiya ilə bağlı mövqeyini bildirib. Orada bir çox məsələlər var idi və onlara uyğun olaraq bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr Konvensiyaya qoşulub. Azərbaycan da kənarda qala bilməz".
H.Hüseynova qeyd edib ki, sığınacaqların, "qaynar xətt"in yaradılması üçün vəsait ayrılmalıdır: "Bu, o qədər də asan deyil. Hər dəfə müəyyən problemlər yaranır. Məişət zorakılığının qarşısının alınması üçün yerlər, monitorinq qrupları yaradılıb. Əsas məqsədimiz bu qruplarla problemlərin qarşısının alınmasına çalışaq".

Geri dön