Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı gənclərin Avropada 74 ixtisas üzrə magistr təhsili Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Azərbaycanlı gənclərin Avropada 74 ixtisas üzrə magistr təhsili Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək

Azərbaycanlı gənclərin Avropada 74 ixtisas üzrə magistr təhsili Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək


Gənclər Fondu “Xaricdə təhsil” Proqramını elan edib

Gənclər Fondu mayın 23-dən etibarən Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib.

Bununla bağlı keçirdiyi mətbuat konfransında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları, əmək bazarının tələbatına uyğun olaraq Fond öz vəsaiti hesabına gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas üzrə magistr təhsilini maliyyələşdirəcək: "Həmçinin, ABŞ və Böyük Britaniyanın ən yaxşı 100 universitetində magistr pilləsi üzrə təqaüd qazanmış gənclərin nəqliyyat və yaşayış xərcləri Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək".

F. Cəfərov deyib ki, müsabiqədə iştirak etmək istəyən 16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə prioritet ixtisaslara qeyd edilən universitetlərdən hər hansı birinə qəbul olaraq müraciət edə bilərlər. Müsabiqəyə müraciətlər iyunun 23-ü saat 18:00-dək qəbul olunur. Müraciət etmək istəyən gənclər Gənclər Fondunun rəsmi saytında qeydiyyatdan keçib kod və şifrə əldə etdikdən sonra saytın “Elektron xidmətlər” bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər".

Geri dön