Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub


Mayın 24-də axşam saatlarında Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:30-da Tbilisidən 60 kilometr aralıda azərbaycanlıların yığcam yaşadıqları Dmanisinin Məmişli kəndində qeydə alınıb.

Zəlzələnin gücü 3,6 bal gücündə olub.

Dağıntı və təlafat barədə məlumat verilmir.

Qeyd edək ki, may ayı ərzində bu, gürcüstan ərazisində qeydə alınan dördüncü zəlzələdir.

Xətayi Əzizov

Geri dön