Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrakli Kobaxidze: Gürcüstan parlamenti də Azərbaycan ilə sərhədlərin delimitasiya məsələsinə qoşulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > İrakli Kobaxidze: Gürcüstan parlamenti də Azərbaycan ilə sərhədlərin delimitasiya məsələsinə qoşulub

İrakli Kobaxidze: Gürcüstan parlamenti də Azərbaycan ilə sərhədlərin delimitasiya məsələsinə qoşulub


Bu gün Azərbaycan ilə Gürcüstan arasında “Keşikçi dağı” Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyət təəssüf doğurur. Vəziyyətin kimlər tərəfindənsə gərginləşdirilməsi heç kimə sərf eləmir. Lakin əminəm ki, bizə dost ölkə olan Azərbaycan ilə birgə məsələnin uyğun həll yolunu tapacağıq.

Bunu jurnalistlərə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib.

Parlamentin sədri deyib: “Ölkələrimiz arasında məsələ ilə bağlı danışıqlar aparılır. Parlament də bu məsələyə qoşulub. Qanunverici orqan da daxil olmaqla, Gürcüstan tərəfi danışıqlarda fəal iştirak edəcək. İnanırıq ki, danışıqlar yolu ilə iki dost ölkə arasında məsələ öz həllini tapacaq”.

Xətayi Əzizov

Geri dön