Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gimnastlarımız Avropa çempionu oldular
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gimnastlarımız Avropa çempionu oldular

Gimnastlarımız Avropa çempionu oldular


Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.
Böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Komandamızın tərkibinə Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva daxildir.

Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.

Geri dön