Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib
Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib |
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.
Buna Rusiya bayraqları səbəb olub. Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar. Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar. Batumidə Rusiya bayraqlarının məhz Gürcüstanın Müstəqillik günündə meydana gəlməsi muxtar respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkili ilə bağlı məsuliyyəti Acarıstan MR-in Təhsil, Mədəniyyət və İdman Nazirliyi daşıyıb. Geri dön |