Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil valisi kəndlərin əhalidən boşalmasından nigaranlığını bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil valisi kəndlərin əhalidən boşalmasından nigaranlığını bildirib

Ərdəbil valisi kəndlərin əhalidən boşalmasından nigaranlığını bildirib


Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Ərdəbil Əyalətində də kəndlər tədricən əhalidən boşalır.

Bu məsələ vaxtaşırı bəzi yerli məsulların da etirazına səbəb olur.

Bu dəfə Ərdəbil valisi Əkbər Behnamcu prezidentin kəndlərin inkişafı üzrə müavini ilə görüşündə bu məsələyə görə öz nigaranlığını bildirib.
“Kəndlər boşalır, hamı şəhərə üz tutur. Bu, bir çox çətinliyə səbəb olur. Şəhərlərin ətrafında qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşmaq və bir çox ictimai problemlər məhz bu məsələ ilə bağlıdır.”- deyə o qeyd edib.

Vali kənd əhalisinin köçməsinin səbəbinə də toxunub. O vurğulayıb ki, kəndlilərin məşğul olduğu işlər, o cümlədən heyvandarlıq işi zəifdir, bu işlərlə normal gəlir əldə etmək mümkün olmadığı üçün insanlar yaşadıqları kəndi tərk edir.

Qeyd edək ki, son vaxtlar sözgedən problem Ərdəbil Əyalətinin məsulları tərəfindən tez-tez dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələrdə, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik səyasəti nəticəsində yaşanan problem gün keçdikcə ciddiləşir.

N.S

Geri dön