Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Milli Məclisin yaz sessiyası başa çatır - Gündəlikdə bir məsələ var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Bu gün Milli Məclisin yaz sessiyası başa çatır - Gündəlikdə bir məsələ var

Bu gün Milli Məclisin yaz sessiyası başa çatır - Gündəlikdə bir məsələ var


Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.
İclasda bir məsələ - "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-də yekunlaşır.


Bu il Milli Məclisin növbədənkənar iclaslarının çağırılacağı da gözlənilir.


Parlamentdən verilən məlumatda iyun ayında Milli Məclisin iki növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.

Daha sonra deputatlar yay tətilinə çıxacaqlar. Parlamentarilər iyulun 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

Geri dön