Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni nəşr
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni nəşr

Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni nəşr


“Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu” çapdan çıxıb.

Topluya daxil olan sənədlər və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyətini əhatə edir.

Kitaba Ə.Ağaoğlunun Qafqazda milli məsələyə və müsəlman xalqlarının problemlərinə, 1905-1906-cı illər münaqişəsinə dair məqalələri, Ə.Ağaoğlunun dindirilmə protokolu, onun məktubları, çıxışları və s. daxil edilib.

Azərbaycan və rus dillərində nəşr olunan toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur

Geri dön