Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim edilib

Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim edilib


Mayın 30-da Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim edilib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətləri bərabərlik və qarşılıqlı maraq əsasında qurur. Qəbul edilmiş Fəaliyyət Planı Avropa Şurası ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Dörd il üçün nəzərdə tutulan Fəaliyyət Planı Avropa Şurası ilə praktik əməkdaşlıq üçün əsasdır. Orada ölkəmiz üçün maraq doğuran bir çox məsələlər təqdim olunub. Azərbaycanda demokratik cəmiyyətin inkişafı siyasətimizin əsas vəzifəsidir və bununla əlaqədar Avropa Şurası ilə əməkdaşlıq bizim üçün çox vacibdir. O, həmçinin qeyd edib ki, planda məhkəmə sferası, korrupsiyaya qarşı mübarizə, insan alverindən başqa, yeni əməkdaşlıq sahələri də təqdim olunacaq. Buraya gender bərabərliyi, uşaq hüquqları, gənclərin inkişafı və digər məsələlər daxildir.

Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teylor bildirib ki, yeni Fəaliyyət Planının həyata keçirilməsi üçün doqquz milyon avro ayrılıb. Maliyyələşmənin 63 faizi artıq həyata keçirilib. Maliyyələşmənin böyük hissəsi Avropa İttifaqı, eləcə də ABŞ tərəfindən ayrılıb. Vəsaitlərin böyük qismi məhkəmə və penitensiar sistemlərdə islahatlar üçün ayrılıb.

Geri dön